5, 7, 12, 16 və 18+... Televiziyalarımızda yaş məhdudiyyəti
Bizi izləyin

Qırmızı.az

5, 7, 12, 16 və 18+... Televiziyalarımızda yaş məhdudiyyəti

“Uşaqların hüquqlarını qoruyan komitə olaraq televiziya verilişləri və filmlərdə uşaqların yaş məhdudiyyətinin tətbiq edilməsinə müsbət yanaşırıq. Lakin bunun üçün ilk növbədə qanunvericilikdə dəyişiklər edilməlidir”.

Bunu Publika.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O, xarici televiziyalarda uşaqların zorakılıq təbliğ edən materiallara baxmaması üçün xəbərdarlıqedici məlumatların yerli televiziyalar üçün örnək ola biləcəyini deyib.

“Bununla bağlı yerli qanunlarda gündüz saatlarda uşağın psixologiyasına təsir göstərən məlumatların saytlar və televiziyalarda verilməsinin qarsısının alınması əks olunub. Düzdür, televiziyalarda həmin məlumatları gecə saatlarında verməklə uşaqları qoruya bilirik. Lakin veb-saytlara bu qaydanı tətbiq edib, uşaqları o məlumatlardan qorumaq mümkün deyil. Qanunvericilikdə bu məqsədlə islahatın aparılması, 5, 7, 12, 16 və 18+ məsələsinin digər ölkələrdə olduğu kimi bizdə də tətbiq edilməsi müsbət haldır. Bu gün kinoteatrlarda bu qaydaların tətbiqini müşahidə edirik. Bunun da əsas səbəbi nümayiş olunan filmlərin xaricdə istehsal edilməsidir. Azərbaycan telekanallarının bu qaydanı tətbiq etməsi üçün qanunvericiliyə yeni müddəaların əlavə edilməsinə ehtiyac var. Bu məsələ qanunvericilikdə əks olunmasa, onun tətbiqi mümkün olmayacaq. Əlbəttə, komitə olaraq biz də telekanallarda, veb-saytlarda, hətta bəzi hallarda sosial şəbəkələrdə belə bu qaydanın tətbiqinə müsbət yanaşırıq”.

E.Səfərov həmçinin KİV-də zorakılıq hallarının işıqlandırılmasına da toxunub.

“Dəfələrlə zorakılıq hallarının düzgün işıqlandırılmaması halları ilə qarşılaşmışıq. Bu günə qədər də bəzi mətbuat orqanlarında belə nöqsanlarla qarşılaşırıq. Bununla bağlı mütəmadi olaraq Mətbuat Şurası və mətbuatla bağlı digər qurumlarla əlaqə saxlayırıq. Son iki il ərzində dəyişikliklər göz önündədir. Düzdür, bir neçə il əvvəl mətbuatda və televiziyada zorakılığa məruz qalan şəxslərin üzləri göstərilir, adları açıqlanırdı, bəzən isə həmin şəxslərlə açıq şəkildə sorğu-sual aparılırdı. Qanuna əsasən, zorakılığa məruz qalmış şəxs araşdırma aparıldığı vaxtda özü razılıq versə belə, o, mətbuata çıxarılmamalıdır. Komitənin apardığı müşahidələr əsasında telekanallarda və mətbuatda bu hadisələrin təqdimatı müsbətə doğru dəyişib. Lakin bu gün Azərbaycanda sağlam gənc ailənin təbliğatı çox zəifdir. Bu təbliğatın beynəlxalq standartlara uyğun aparılmasına ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm