Qırmızı.az
Yol polisi qırmızı işıqda keçdi, işdən qovuldu - VİDEO
Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşviq küçəsində
99-YP-362 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin
sürücüsü yolayrıcındakı svetoforun qırmızı işığına məhəl qoymayaraq
hərəkətini davam etdirib. Bu görüntüləri qeydə alınan oxuculardan
biri məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisinə müraciət
edib.
Vətəndaş öz müraciətindən tam haqlı olaraq bildirib ki, "Yol
hərəkəti haqqında" Qanunun 48-ci maddəsinin 1-ci hissəsində və
74-cü maddəsinin 2 ci hissəsində göstərilib ki, "Hərəkətin başqa
iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat
vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını
qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin
etdikdən sonra üstünlükdən istifadə edə bilərlər".
Vətəndaş öz müraciətində DYP rəhbərliyindən xahiş edib ki, "mənə
cavab məktubunda həmin YPX avtomobilinin sürücüsünün hansısa
xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım
komandirinin hansısa göstərişinə görə qırmızı işıqda keçdiyini
yazmayasınız. Çünki "Yol Patrul Xidməti Haqqında Təlimat"ın 7.43 cü
bəndində göstərilib ki, "Xidməti vəzifələrinin yerinə yetirilməsi
ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı
halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını
məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından
istifadə etməlidir".
Vətəndaşın müraciətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov şəxsən özü cavab verib. Rəis cavab məktubunda qeyd edib ki, vətəndaşın göstərdiyi tarixdə 99 YP 362 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən yol polisi əməkdaşı Ə.Süleymanlı daxili işlər orqanlarında xidmətdən xaric edilib. Lakin onun xidmətdən xaric edilməsi çox güman ki, qırmızı işıqdan keçməsi ilə bağlı deyil…(avtosfer.az)
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI