Hava yağıntılı olacaq
Bizi izləyin

Qırmızı.az

Hava yağıntılı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, yarımadada və paytaxtda mülayim cənub-qərb küləyi əsəcək. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 4-7 dərəcə isti, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Fevralın 1-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan, 2 dərəcəyədək isti, gündüz 6 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm