“Donuz qripi”nə görə müayinə edildilər
Bizi izləyin

Qırmızı.az

“Donuz qripi”nə görə müayinə edildilər

Bu il ərzində respublika ərazisində 324 nəfər “donuz qripi”nə görə müayinə edilib.

Bunu Publika.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, müayinə olunanlardan 100-ə qədəri “donuz qripi” şübhəsi ilə müraciət edib:

“Müayinə olunanlar arasında özü müraciət edənlərlə yanaşı, yerli xəstəxanalardan yönləndirilənlər və “donuz qripi” virusu yayılan ölkələrdən gələnlər də var. Qaydalara uyğun olaraq onlardan götürülən nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında yoxlanılıb. Aparılan müayinələr nəticəsində bu vaxta qədər “donuz qripi” xəstəliyinin törədicisi aşkar edilməyib”.

Qeyd edək ki, qonşu ölkələrdə A (H1N1) virusu yayılıb. Xəstəlik nəticəsində ölənlərin sayı hər gün artır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm