Cəlal Əliyev dəfn olundu - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Cəlal Əliyev dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyevlə vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, baş nazirin müavinləri - Əli Əhmədov və İsmət Abbasov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, AMEA prezidenti Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak edir.

AMEA sədri Akif Əlizadə çıxış edərək Cəlal Əliyevin Azərbaycan elminin inkisafindakı əvəzsiz xidmətlərindən danışıb və bildirib ki, Cəlal Əliyev böyük elmi məktəb yaradıb:

“Cəlal Əliyevin tələbələri dünyanın müxtəlif ölkələrindədir. Onun 600-dən çox məqaləsi var. Cəlal Əliyev dünya elmində öz sözünü demiş alimdir”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Cəlal Əliyevin elmi tedqiqat işlərinin coxsahəli olduğunu deyib. Bildirib ki, biologiya elminin başqa elmlərə inteqrasiyasında onun xüsusi rolu var.

Qeyd olunub ki, Cəlal Əliyev Azərbaycanın dünya şöhrətli alimi olmaqla yanaşı, ictimai-siyasi xadim idi.

Akademik Böyükkişi Ağayev çıxış edərək Azərbaycan xalqının böyük alimini itirdiyini dedi. Bildirdi ki, Cəlal Əliyev biologiya elminə böyük tohfə verib: "Cəlal Əliyevin məqalələri müxtəlif əcnəbi jurnallarda dərc olunub. Onun genis miqyaslı tədqiqatları dünya elminin inkisafina təkan verib”.

Qeyd edək ki, Heydər məscidində bu gün saat 16:00-da və fevralın 3-də Cəlal Əliyevin vəfatı ilə bağlı mərasim keçiriləcək.

Cəlal Əliyev l Fəxri xiyabanda qardaşı, akademik Aqil Əliyevin yanında dəfn olunub.

Görkəmli ictimai xadim, dünya şöhrətli Azərbaycan alimi, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik C.Əliyev fevralın 1-də 87 yaşında vəfat edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm