FHN ilk tibbi yardım üzrə yaddaş kitabçası hazırladı
Bizi izləyin

Qırmızı.az

FHN ilk tibbi yardım üzrə yaddaş kitabçası hazırladı

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanmış “Təxirəsalınmaz ilk tibbi yardım” adlı yaddaş kitabçası işıq üzü görüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, kitabça ekstremal vəziyyətlərdə zərərçəkmişlərə ilk tibbi yardım göstərə biləcək tibbi təhsili olmayan şəxslər üçün nəzərdə tutulub.

Geniş oxucu kütləsinin faydalana biləcəyi və maarifləndirmə məqsədi daşıyan nəşrdə həkimə qədər ilk tibbi yardımla bağlı lakonik, illüstrasiyalı məlumatlar verilib. Kitabçada “Təcili yardım” hadisə yerinə gələnədək huşsuz vəziyyətdə olan, tənəffüsü və ürək fəaliyyəti dayanmış zərərçəkmişi canlandırmaq üçün həyata keçirilən ilkin ürək-ağciyər reanimasiyası, kəskin qanaxmalar, sınıqlar və ağır yaralanmalar zamanı əlaltı vasitələrdən istifadə etməklə göstərilməli olan ilk tibbi yardım tədbirləri ardıcıllığı fotoşəkillər vasitəsilə əyani olaraq təqdim edilib.

Qeyd edək ki, sözügedən kitabça FHN-in maarifləndirmə proqramı çərçivəsində işıq üzü görmüş növbəti nəşridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm