Sürüşmə sahələri aktivləşib
Bizi izləyin

Qırmızı.az

Sürüşmə sahələri aktivləşib

Son günlər yağışlı hava şəraiti paytaxtın bir sıra ərazilərində sürüşmə sahələrini aktivləşdirib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə.Piriyevin sözlərinə görə, Zığ, Badamdar və Bayıl sürüşmə zonasında müəyyən qədər aktivlik müşahidə edilir:

“Son günlər həmin ərazilərdə sürüşən kütlənin üzərində illər əvvəl yaranan çatlar müəyyən qədər genişlənib. Torpağın səth qatında sürüşmə kütləsi ilk dayandığı yerdən aralanıb. Bunun da səbəbi havanın yağmurlu keçməsidir. Bakı Beynəlxalq Avtovağzalı ərazisindəki sahədə sürüşmədə geoloji proses tam dayanıb. Orada yalnız texnogen proseslər müşahidə edilə bilər”.

Baş geoloqun sözlərinə görə, regionlarda isə yağan qar və don səbəbindən sürüşmə sahələrində müşahidə aparmaq çətinləşib:

“Şaxtalı hava səbəbindən rayonlarda müşahidə apara bilmirik. Çünki sürüşmə sahəsində müşahidə aparmaq üçün həmin əraziyə su daxil olmalıdır və sürüşmə güzgüsündə hərəkət olsa, bu zaman aktivlik kimi qeydə almaq olar. Lakin hazırkı hava şəraiti ilə əlaqədar olaraq sürüşmə sahələrində aktivlik müşahidə edilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm