Naxçıvanski açıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Naxçıvanski açıldı - FOTO

Nizami rayonu Naxçıvanski küçəsi təmir edilərək istifadəyə verilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1 km 700 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 16 min kvadrat metr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm