Bu ölkələrdə 20 milyon insan xərçəngə tutulacaq
Bizi izləyin

Qırmızı.az

Bu ölkələrdə 20 milyon insan xərçəngə tutulacaq

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar və xərçəng xəstəlikləri səbəbindən ölüm hallarının 15%-dək artması gözlənilir.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə bütün dünyada 4 fevral hər il Dünya Xərçəng Günü kimi qeyd edilir. Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaq.

Azərbaycanda da Dünya Xərçəng Günü hər il təntənəli şəkildə qeyd olunur. Geniş əhali arasında xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair məlumatlandırılması məqsədilə 24 yanvar – 15 fevral tarixlərində Milli Onkologiya Mərkəzi tərəfindən Bakı və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm