Ağcabədidə müəlliməni qaçıranlar kimdir? - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Ağcabədidə müəlliməni qaçıranlar kimdir? - TƏFƏRRÜAT

Ağcabədidə müəllimənin qohumları tərəfindən qaçırıldığı məlum olub.

Rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, Fəridə Ağayeva qohumları tərəfindən ailə qurmaq məqsədilə qaçırılıb:

“Qaçıran şəxslər Fəridə Ağayevanın anasının xalası nəvəsi olub. O, Fəridə ilə ailə qurmaq istəyib. Bir neçə dəfə elçi gəliblər, lakin Fəridənin ailəsi razı olmayıb. Nəticədə, belə bir addım atıblar. Qaçıran şəxslər 3 nəfər olub, onlar hamısı ailənin qohumlarıdır. Qızın qaçırıldığı maşının seriya nömrəsi də artıq bizə bəllidir. Bütün respublika ərazisində polis bu barədə məlumatlandırılıb. Lakin onların Ağcabədidən kənara çıxmadığı məlumdur. Gecə səhərə qədər axtarışlar davam etdirilib. İlkin məlumatda qızın xalasının evinə qaçırıldığı deyilsə də, o, həmin ünvanda tapılmayıb. Sonuncu məlumatda onların fermada olduqları deyilib. Hazırda əməkdaşlarımız həmin əraziyə gedib.Yəqin ki, gün ərzində tapılacaqlar. Tapılandan sonra qızın ifadəsinə əsasən tədbir görüləcək. Ağcabədidə belə hadisələr tez-tez olur və adətən, qızlar sonradan öz razılığı əsasında qaçdıqlarını, onlara zorakılıq tətbiq edilmədiyini deyirlər”.

Qeyd edək ki, orta məktəb müəlliməsi olan 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb.

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm