Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək imtahanların vaxtı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasından Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-dək, jurnalistika ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı aprelin 11-dən 20-dək aparılacaq.

Qəbul imtahanının birinci mərhələsi martın 6-da, ikinci mərhələ iyunun 5-də keçiriləcək. Jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı 26-29 aprel, proqram seçimi 3-10 may, AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların müsahibəsi 13, 14, 16, 17 iyunda baş tutacaq. Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun – 11 iyul tarixlərində aparılacaq.

Boş qalan yerlərə ixtisaslaşma seçimi 8-14 avqust, boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqustda keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm