• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Rezidenturaya qəbul imtahanlarının vaxtı bəlli oldu

Rezidenturaya qəbul imtahanlarının vaxtı bəlli oldu

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə imtahanların vaxtı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ərizə qəbulu martın 1-dən 10-dək aparılacaq.

Qəbul imtahanının 1-ci mərhələsi aprelin 3-də, 2-ci mərhələ iyulun 29-da aparılacaq.

Rezident olmaq istəyənlər ixtisaslaşma seçimini 1 -7 avqust tarixlərində edəcək.

Namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-15 avqust, boş qalan yerlərə ixtisas seçimi 19-22 avqustda aparılacaq.

Boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust tarixlərində aparılması planlaşdırılıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR