
Bakıda maraqlı sosial videoçarx çəkilib. Əlində 50 və 5 manatlıq əskinasları tutan “gözdən əlil” şəxs insanlara yaxınlaşaraq “beşliy”i xırdalamağı xahiş edir.
İnsanlığın hələ də ölmədiyini tərənnüm edən çarx böyük marağa səbəb olub. Fərəhləndiricidir ki, “əlilin” müraciət etdiyi adamlardan heç biri onu aldatmaq haqda düşünmür.
Publika.az həmin videonu təqdim edir: