Gənclər “BakuBus”da aksiya keçirdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənclər “BakuBus”da aksiya keçirdi - FOTOLAR

2 fevral Gənclər Günü ilə əlaqədar olaraq "BakuBus" və "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyi ictimai nəqliyyatda birgə aksiya keçirib.

Publika.az xəbər verir ki, bu barədə “BakuBus”ın mətbuat xidməti məlumat yayıb.

Aksiya zamanı iştirakçılar gənclərin ictimai nəqliyyatdakı davranışlarına diqqət çəkməyə çalışıblar. Belə ki, onlar avtobusun salonunda əvvəldən əyləşərək salona daxil olan sərnişinlərin qəzəbinə tuş gələcək bir hərəkəti - avtobusun salonunda yaşlı sərnişinləri görməzdən gələn gənclərin davranışını əyani nümayiş etdiriblər. Öz həmyaşıdları arasında bu cür davranışları qınayan gənclər bir dəqiqə sonra mini flaşmob keçiriblər. Onlar eyni vaxtda ayağa qalxaraq "Gənclik məsuliyyətsizlik deyil - gənclik diqqətdir" şüarı ilə hər kəsin diqqətini çəkiblər.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm