Nazir tapşırıqlar verdi
Bizi izləyin

Qırmızı.az

Nazir tapşırıqlar verdi

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara Rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə R.Quluzadə rayon sakinlərinin üzləşdikləri problemlərlə yerində tanış olub və aidiyyətı üzrə müvafiq tapşırıqlar verib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rabitə və telekommunikasiya sahəsindəki perspektivlərdən də söz açıb. Dövlət proqramlarının icrasının konkret nəticələr verdiyini qeyd edən nazir bu gün regionların müasir infrastruktur və inkişaf tempinə görə bəzi sahələr üzrə paytaxtı qabaqladığını vurğulayıb. Astarada rabitə və yüksək texnologiyalar sahəsində görülən işlərə toxunan nazir R.Quluzadə rayon üzrə telefon şəbəkəsinin tutumunun artırıldığını, genişzolaqlı internetin şəbəkəsi və teleradio yayımı sahəsində olan problemlərin həlli istiqamətində işlərin ardıcıl davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, yaxın iki ildə Astara rayonunun telefon şəbəkəsi üzrə 9500 nömrənin və 8000-ə yaxın genişzolaqlı xidmət avadanlığının istismara verilməsi, 3760 nömrə tutumlu yeni ATS-lərin quraşdırılması və 300 kilometrə yaxın yeni optik kabellərin çəkilməsi nəzərdə tutulur.

Rayon ictimaiyyətinin nümayəndələri də rabitə və kommunikasiya sahəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm