"Bundan maksimum yararlanmaq lazımdır"
Bizi izləyin

Qırmızı.az

"Bundan maksimum yararlanmaq lazımdır"

Balakənin çox böyük potensialı, perspektivi var. Ona görə ki, bu rayon həm gözəl təbiətə malikdir, həm də faydalı qazıntılarla, meşə örtüyü, dərman bitkiləri, xammal ehtiyatları ilə zəngindir. Bu zənginlikdən maksimum yararlanmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev Balakəndə ictimaiyyət nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində söyləyib:

“Bir neçə il əvvəl də burada olmuşam. Lakin hazırda Balakən tamamilə dəyişib. Şəhərdə yeni prospektlər salınıb, bir-birindən yaraşıqlı binalar tikilib. Bütün bunlar dövlətimizin başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub”.

Dünyanı bürüyən iqtisadi böhrandan xilas olmaq üçün dövlət tərəfindən bürün zəruri tədbirlərin görüldüyünü vurğulayan Natiq Əliyev qeyd edib ki, bütün bunlarla yanaşı, əhali də təşəbbüskarlığı artırmalı, problemlərin həllində dövlətə yardım etməlidir: "İndiki mürəkkəb şəraitdə bütün imkanlar səfərbər olmalıdır. Biz inamla inkişafa doğru gedirik və buna nail olacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm