"BakuBus" avtobuslarında sürət məhdudlaşdırıldı
Bizi izləyin

Qırmızı.az

"BakuBus" avtobuslarında sürət məhdudlaşdırıldı

"BakuBus" MMC-yə məxsus sərnişin avtobuslarının sürət həddinə aydınlıq gətirilib.

Publika.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, ümumiyyətlə, sərnişindaşımada təhlükəsizlik əsas götürüldüyü üçün "BakuBus"a məxsus avtobuslarda daxili mexaniklər tərəfindən sürət həddi 50 km/saat olaraq tənzimlənir.

N.Allahyarova əlavə edib ki, sürücü bu limiti dəyişmək imkanına malik deyil: "Hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində ola bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm