Bu gün "xərçəng"lə mübarizə günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün "xərçəng"lə mübarizə günüdür

Bu gün bütün dünya xərçəng xəstəliyi ilə mübarizə gününü qeyd edir.

Publika.az xəbər verir ki, xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ilin 4 fevralında Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. Məlumata əsasən 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi faktı qeydə alınacaqdır. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaqdır.

Azərbaycanda da Dünya Xərçəng Günü hər il qeyd olunur. Geniş əhali arasında xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair məlumatlandırılması məqsədilə 24 yanvar – 15 fevral tarixlərində Milli Onkologiya Mərkəzi tərəfindən Bakı və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil edir.

Maarifləndirmə tədbirləri zamanı Azərbaycanda tez-tez rast gəlinən xərçəng xəstəlikləri, o cümlədən ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə dair vətəndaşlara faydalı məlumatlar verilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm