Qırmızı.az
Sürücülük vəsiqəsi və texpasport itibsə... – MİN SUAL, BİR CAVAB
Sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu itdikdə, onu necə bərpa etməli?
Son günlər bu suallarla redaksiyamıza xeyli oxucu müraciət edib. Publika.az da müraciətləri nəzərə alaraq “Min sual, bir cavab” rubrikasında suallara cavab axtarıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Publika.az-a bildirdiyinə görə, bu halda sürücülər yaşadıqları ərazi üzrə (pasport qeydiyyatında olduqları ərazi üzrə) Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Məntəqələrinə müraciət edə bilərlər.
Onun sözlərinə görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sürücülük vəsiqəsi blankının dəyəri 18 (on səkkiz) manatdır.
Yenidən avtomobilin texniki pasportunun alınması üçünsə 37 (otuz yeddi) manat ödəmək tələb olunur. Bunun 20 manatı texniki baxış haqqı, 17 manatı isə şəhadətnaməyə görə dövlət rüsumudur.
Sürücülük vəsiqəsi itdiyi halda dublikatı almaq üçün sürücü
ərizə ilə müraciət edərək bu sənədləri təqdim etməlidir:
- Yaşadığı ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) DYP-dən arayış;
- Yaşadığı ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrində sürücülük hüququndan məhrum olunub-olunmama barədə arayış;
- Sürücülərin Tibbi Müayinə Mərkəzindən keçmə haqqında tibbi arayış;
- Şəxsiyyət vəsiqəsi;
- Sürücülük vəsiqəsinin əsası;
Qeyd edək ki, sürücülük vəsiqəsini itirməyə görə cərimə aradan qaldırılıb.
Gülnar Əliyeva
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı