9 piyada keçidi istifadəyə verilib
Bizi izləyin

Qırmızı.az

9 piyada keçidi istifadəyə verilib

Ötən il ərzində 12 yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.

Bundan başqa, 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm