
Bakı və ölkənin əsas magistral yollarında quraşdırılmış radarların əsas missiyası sürət həddini aşan avtomobilləri müəyyən etməkdir. Təbii ki, bu, bütün dünya ölkələrində var və təqdir ediləsi haldır. Çünki bu radar-kameralar yolların təhlükəsizliyini təmin etməklə yanaşı, yol hərəkət qaydalarını pozan sürücüləri cəzalandırmağa və onları daha məsuliyyətli olmağa vadar edir.
Düzdür, bəzi məsuliyyətsiz sürücülər radarlara da əhəmiyyət
vermədən, sürət həddlərini aşaraq, ciddi təhlükə yaratmaqla yanaşı,
həm də qaydaları pozurlar. Amma BDYPİ-nin yeni "icad"ları fonunda
diqqəti çəkən hallar isə az qala bütün dünyanı heyrətə
salmaqdadır.
Hadisə vaqe olur 03.04.2014-cü ildə. 55 BJ 021 dövlət nömrə
nişanlı "VAZ 21043" markalı avtomobil magistral yolla hərəkət
edərkən sürət həddini aşır və kameralara yaxalanır. Sonradan BDYPİ
tərəfindən həmin sürücünün ünvanına aşağıdakı məzmunda məktub
göndərilir: «Ərazidəki sürət limiti 100 km/saat. Faktiki sürət 230
km/saat».
Qeyd edək ki, "VAZ" avtomibillərinin son sürət həddi 180
km/saatdır. (jam.az)