Qırmızı.az
İşğal edilmiş adlar
Deputat Zahid Orucun parlamentdə işğal altında qalan yer adlarının əyləncə mərkəzlərinə verilməsini qınaması birinci hal deyil. Dəfələrlə müxtəlif şəxslər bu barədə öz iradlarını bildiriblər.
Xatırladığım qədər B.Vahabzadənin bu haqda
misrası da var. Ona görə də mənim toxunmaq istədiyim başqa
məsələdir. Əslində, işğal altında olan yer adlarından necə istifadə
olunmalıdır?
Öncə bəzi məsələlərə başdan başlayaq.
Bir dövlət qurularkən, bir millət formalaşarkən burada önəmli rol oynayan şəxslər olur. Bu şəxslər ya taleyin həmin gələcək millətə verdiyi lütfdür, ya da ki bir fərdin böyük ideyalarını həyata keçirmək istəyidir. İstər “İtaliyanı yaratdıq, indi də italyanları yaratmalıyıq” (Haribaldi) fikri olsun, istərsə də, bizim klassiklər kimi ümmət içindən millət çıxarmaq əziyyəti olsun, bunların hamısı 50-100 illik, bəzən isə daha qısa bir mübarizənin sonucunda baş verir.
Bugünlərdə 132-ci doğum gününü qeyd
etdiyimiz Rəsulzadənin “yoxdan bir bayraq yaratmaq” sözü də,
azərbaycançılıq ideologiyası da Azərbaycan adlı dövləti və
millətimizi var edən mühüm anlayışlardır.
Bu baxımdan hər bir dövlətin yaradıcısı, yaşadıcısı, inkişafa
aparan ilkin dövrlərdə həmin fövqəlinsanlar olur, ardınca isə artıq
şəxslər deyil, ideyaların özü milləti inkişafa aparır. Ona görə də
dünya ölkələrində həmin qurucu insanlar bu gün təkcə tarix
kitablarında öyrənilmir, onlar haqqında filmlər çəkilir, romanlar
yazılır, əzəmətli heykəlləri qoyulur və s. Çünki bu insanlar mühüm
prosesin yaradıcısıdır. Əgər Atatürk inqilabları olmasaydı, Türkiyə
bu gün mədəni inkişaf səviyyəsinə görə haralarda olardı, bunu
düşünmək də insana əziyyət verir.
Ona görə də dövlətin qurucusu, atributları, ərazi vahidləri, bir sözlə, Vətən adlandırdığımız bu kimi anlayışlara olan münasibətdə həssaslıq sərgilənməlidir. Əlbəttə, hər kəs, hər şey dartışıla bilər, tənqid oluna bilər, amma hörmətsiz şəkildə dəyərdən salınmamalıdır.
Ərazi adlarımız da, xüsusilə də işğalda olan torpaqların adlarına münasibətdə də bu həssaslıq qorunmalıdır. Şuşa Azərbaycan üşün önəmli bir yerdir. Tarixindən təbiətinə, orada yetişən insanlardan tutmuş mənəvi dəyərlərinə qədər bizim üçün Azərbaycanın özü qədər önəmlidir. Ona görə də həmin yerdə doğulan, oradan köçkün düşən bir şəxsin bir əyləncə məkanına oranın adını verməsi Vətən həsrəti deyil, müqəddəs anlayışlar üzərinə qazanc əldə etməkdir. Axı bizdə yer adlarına münasibət əvvəllər başqa cür olub.
Azərbaycan Cümhuriyyətinin ikinci baş naziri, Kürdəmirdə öldürülməsi ehtimalı yüksək olan Nəsib bəy Yusifbəylinin övladları gələcəkdə atalarının öldürüldüyü yerin adını soyadlarına əlavə etmişdilər. Niyazi Kürdəmir Yusifbəyli...
- See more at: http://teleqraf.com/news/85908#sthash.tTGG4Tpq.dpuf
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons











.jpg)














.png)










