"Azərsu"yla "Metropoliten"in kanalizasiya davası
Bizi izləyin

Qırmızı.az

"Azərsu"yla "Metropoliten"in kanalizasiya davası

Paytaxtın Yasamal rayonunda “Nizami” metrostansiyasının yaxınlığında yerləşən su borularından birinin sıradan çıxması səbəbindən ərazi kanalizasiya suları altında qalıb.

Publika.az xəbər verir ki, uzun müddət əraziyə axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib ki, “Nizami” metrostansiyasının qarşısında qəzanın baş verdiyi xətt ASC-yə məxsus deyil: “Həmin xətt metronun balansında olan və qrunt sularını kənarlaşdırmaq üçün nəzərdə tutulmuş xətdir. Sıradan çıxan xətt kanalizasiya xətti deyil. Həmin xətt Bakı Metropoliteninin balansındadır. Buna baxmayaraq, “Azərsu” ASC-nin Yasamal SuKanal İdarəsinin qəza briqadası hadisə yerindədir. Hal-hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yasamal Su Kanal İdarəsinin mənə bildirdilər ki, qəzaya ərazidə abadlıq işlərinin aparılması səbəb olub”.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirib ki, metronun qrunt sularının vurulduğu quyu mövcuddur: “Biz qrunt sularını nasoslarla həmin quyuyuya vururuq. Həmin quyu isə Yasamal Su Kanal İdarəsinin balansındadır. “Azərsu” ASC-nin işçiləri orda iş görəndə həm quyunu, həm də bizim xətti zədələyiblər. Buna görə də xahiş etdilər ki, suyu müvəqqəti olaraq həmin quyuya vurmayaq, nasosları dayandıraq. Buna görə quyuya su vurmadıq və hətta öz işçilərimizi onlara köməyə göndərmişik. Çünki biz də qrunt sularını tezliklə quyuya vurmalıyıq. Həmin suları saxlamaq olmaz”.

Anar Tagıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm