DSMF-də Asiya İnkişaf Bankının missiyası ilə görüş keçirilib
Bizi izləyin

Qırmızı.az

DSMF-də Asiya İnkişaf Bankının missiyası ilə görüş keçirilib

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Asiya İnkişaf Bankının ölkəmizə səfər edən missiyası ilə görüş keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sketorundan Publika.az-a verilən məlumata görə, Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Ciovanni Kapannellinin rəhbərlik etdiyi missiya ilə görüş zamanı Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və hərtərəfli inkişafın təşviqinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir.

Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

Anar



Oxumağa davam et
Reklam
Reklam

Gündəm