• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

“Park Bulvar”da "xərçəng"lə bağlı tədbir keçirilib

“Park Bulvar”da "xərçəng"lə bağlı tədbir keçirilib

Bu gün Dünya Xərçənglə Mübarizə Günü ilə bağlı Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət mərkəzində maarifləndirmə aksiyası keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə mərkəzin həkimləri tərəfindən paytaxt sakinlərinə Azərbaycanda tez-tez rast gəlinən xərçəng xəstəlikləri, o cümlədən ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə dair faydalı məlumatlar verilib. Tədbirlər zamanı əhali arasında xüsusi hazırlanmış buklet və lifletlər paylanılıb. Bununla yanaşı Milli Onkologiya Mərkəzinin təcrübəli həkim-onkoloqları tərəfindən vətəndaşların xərçəng xəstəliklərinə dair bütün sualları cavablandırıblar.

Qeyd edək ki, bu dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə bütün dünyada 4 fevral hər il Dünya Xərçəng Günü kimi qeyd edilir. Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib.

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. Məlumata əsasən 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR