Bir bəlanın 200 növü
Bizi izləyin

Qırmızı.az

Bir bəlanın 200 növü

Fevralın 4-də Ümumdünya Xərcəng Günü qeyd olunur - bu gün, dünyada ən ölümcül sayılan xəstəlik barədə məlumat və bilgiləri artırmaq məqsədilə təsis edilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, dünyada ən çox sayda ölümlə nəticələnən xəstəliklər sıyahısında xərcəng birincilər arasındadır. Əslində xərcəng deyəndə tək bir bəla yox, 200-dən çox xəstəlik başa düşülməlidir – xərcəngin hər növünün öz simptomu, diaqnozlanma üsulu və müalicəsi var.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın 20 il ərzində xərcəngə tutulma hallarının 70 faiz artacağını proqnozlaşdırır. Britaniyanın Cancer Research UK təşkilatının ekspertlərinin qeyd etdiyi kimi, dünyada ən geniş yayılmış xərçəng xəstəliyi növlərinin simptomları son 40 il ərzində, demək olar ki, dəyişməyib.

Beynəlxalq Xərçəng Qeydiyyatı Assosiasiyası tərəfindən həyata keçirilən Globocan layihəsinə əsasən, dünyada qeydə alınmış bütün xərçəng xəstəliklərinin hər 10-dan 4-nü və ya 42 faizini bu xəstəliyin ən çox yayılmış 4 növü - ağciyər, döş, bağırsaq və prostat vəzi xərçəngi təşkil edir.

Ağciyər xərçənginə daha çox kişilər tutulursa, döş xərçənginə qadınlar arasında rast gəlinir.

Xərçənglə yaşamaq

Hesablamalara görə, xərçəng xəstəliyinə görə, dünya boyu 169.3 milyon ilə bərabər sağlam yaşayış zaman kəsiyi puç olub. 2012-ci ilin statistikasına əsasən, dünyada təxminən 36.2 milyon insan xərçənglə yaşamaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının xərçəngə dair son hesabatına əsasən, xəstəliyə yeni tutulma hallarının 60 faizdən çoxu Afrika, Asiya, Mərkəzi və Cənubi Amerikanın payına düşür. Bu regionlarda xərçəng xəstəliklərinin 70 faizi ölümlə nəticələnir. Bununla belə, bəzi regionlarda xərçəngə qarşı mübarizə daha yaxşı qurulub və bunun üçün daha yaxşı imkanlar var.

Misal üçün, Avropa və Şimali Amerikada ölüm hallarının sayı nisbətən aşağıdır, Asiya və Afrikada isə, əksinə, ölüm hallarının ən yüksək statistikası müşahidə olunur.

Kişilər və qadınlar üçün birlikdə, xərçəngə tutulma hallarının ən yüksək sayı Danimarkada qeydə alınıb. Belə ki 2012-ci ildə əhalinin hər 100,000 nəfərinə 338 xərçəngə tutulub. Sonrakı yerləri Fransa (324.6), Avstraliya (323.0), Belçika (321.1) və Norvec (318.3) tutur. Daha sonrakı yerlərdə ABŞ, İrlandiya, Koreya, Hollandiya və Yeni Kaledoniya yerləşir.

Amerika qitəsindən ilk 50 ölkə siyahısına Barbados (27-ci yer), Uruqvay (33-cü) və eləcə də Kuba, Argentina və Puerto Riko kimi ölkələr də daxildilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm