Qazaxıstanlı qadın ekstradisiya olunub
Bizi izləyin

Qırmızı.az

Qazaxıstanlı qadın ekstradisiya olunub

Qazaxıstan vətəndaşı Azərbaycandan ölkəsinə ekstradisiya olunub.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, 22 yaşlı Nurgül Baysanova Azərbaycanda silsilə oğurluq hadisələri törətməkdə təqsirləndirilərək, həbs olunub.

Onun ekstradisiyası Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilib. N. Baysanova ölkəsində daha əvvəl törətdiyi oğurluq hadisəsinə görə də cinayət məsuliyyətinə cəlb olunacaq.

Qazaxıstan Baş Prokurorluğunun sorğusu əsasında onun ekstradisiyası barədə qərar Azərbaycan Baş Prokurorluğu tərəfindən bu il yanvarın 13-də verilib. Qadın artıq Astanada istintaq təcridxanasına yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm