• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

İlhamənin oğlunun dostu həbs edildi (YENİLƏNİB)

İlhamənin oğlunun dostu həbs edildi (YENİLƏNİB)

Bir müddət əvvəl axtarışa verilən Bəkirov Vüqar Nadir oğlu həbs edilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Vüqar Bəkirovun məhkəmə prosesi hazırda davam etdirilir. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V. Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyinə görə hakim Ramin Qurbanov tərəfindən bir ay bundan əvvəl axtarış haqqında qərar qəbul edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V. Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq təcridxanasında saxlanılır.

V. Bəkirovun vəkili Elmira Məmmədova APA-ya açıqlamasında bildirib ki, Biləsuvar rayon sakini Məmmədov Oruc Bakir oğlu V. Bəkirovdan şikayət etdiyi üçün onun barəsində cinayət işi başlanılıb.

Vəkilin sözlərinə görə, V. Bəkirovla bağlı hazırda 2 cinayət işi var. Onlardan birinə Binəqədi rayon Məhkəməsində, digərinə isə Yasamal rayon Məhkəməsində baxılır.

***

Dələduzluqda təqsirləndirilən Vüqar Bəkirov barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

"Report"un əldə etdiyi məlumata görə, dələduzluqda günahlandırılan V.Bəkirovun axtarışa verilməsi və həbsi ilə bağlı qərarı Yasamal Rayon Məhkəməsi qəbul edib.

Məlumata görə, bir neçə dəfə məhkəməyə çağırılan V.Bəkirov iclaslara gəlməyib və məhkəməyə gəlməməsi ilə bağlı heç bir səbəb göstərməyib. Bundan sonra Yasamal Rayon Məhkəməsi müvafiq qərar qəbul edib.

İlkin məlumata görə, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Daha sonra Ü.Ələkbərova hüquq-mühafizə orqanlarına müraciət edib. İş üzrə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, V.Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İlhamə Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR