• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

5 saylı marşrutun hərəkət istiqaməti dəyişdirildi

5 saylı marşrutun hərəkət istiqaməti dəyişdirildi

“Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək. Bu səbəblə 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub”.

Publika.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

“5 saylı marşrut avtobuslarımız 20-ci sahədən Azneft meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən "Sahil" metro stansiyasının önünə qədər hərəkət edəcəklər”, - deyə məlumatda bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR