Sabiq polis əməkdaşı ömürlük cəza aldı
Bizi izləyin

Qırmızı.az

Sabiq polis əməkdaşı ömürlük cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluqda təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən Şakir Orucovun ömürlük, Röyal Əhmədov 20 il, digərlərinin isə hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş.Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhərində yaşayan Nəsibə Axundovanı öldürərək evini qarət ediblər. Daha sonra Bakıya gələn Şakir Orucovla Röyal Əhmədov Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm