Rusiya muzeyində Nizamiyə qarşı saxtakarlıq - FOTO
Bizi izləyin

Qırmızı.az

Rusiya muzeyində Nizamiyə qarşı saxtakarlıq - FOTO

Dünya şöhrətli şair və mütəfəkkir, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj Muzeyində fars şairi kimi təqdim edilib.

Publika.az xəbər verir ki, "Xəmsə"nin əlyazmasının saxlandığı Ermitaj Muzeyində Nizaminin adının qarşısına İran şairi olduğu yazılıb.

Halbuki Nizaminin Azərbaycan şairi olması bütün dünya tərəfindən qəbul edilib. Hətta bir zamanlar bununla bağlı gərgin diskussiyalar da keçirilib. Və hələ 30-cu illərin sonlarında SSRİ rəhbərliyi Nizaminin Azərbaycan şairi olması, onun yubileylərinin keçirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, bu il Nizami Gəncəvinin yubileyidir. Dahi şairin anadan olmasından 875 il keçir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm