Havalar kəskin soyuyacaq, temperatur 10 dərəcə enəcək
Bizi izləyin

Qırmızı.az

Havalar kəskin soyuyacaq, temperatur 10 dərəcə enəcək

Bakı və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.

Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti fevralın 9-u gündüzədək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm