Qırmızı.az
10 ildə 30 min müraciət – Komitə hesabat verdi
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 10 ildə 30 minə yaxın müraciət olub. Müraciətlərdən 19839-u ərizə, 2866-sı müalicə və müayinə olunma, 2687-i işlə təminat, 2374-ü mənzil şəraitinin yaxşılaşdırılması, 3426-sı maddi yardım verilməsi ilə bağlı olub. Müraciətlərdən 7796-ı şikayət formasındadır, 24-ü isə təklifdir”.
Publika.az xəbər verir ki, bunu Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O, ildən-ilə müraciətlərin sayının artdığını vurğulayıb.
T.İbrahimov bildirib ki, ərizələr təhlil edilərkən bəzi məsələlər üzrə müraciətlərin təkrarlandığı müşahidə edlib:
“Ərizələr arasında işlə təminat, maddi yardım, mənzil şəraitinin yaxşılaşdırılması və səhiyyə problemləri ilə bağlı müraciət daxil olub. Komitəyə daxil olan şikayətlər sırasında məhkəmə qərarlarının icrasının təmin edilməməsi ilə şikayətlər üstünlük təşkil edir. 10 il ərzində onların sayı 2107 olub. Məişət zorakılığı halları ilə bağlı Komitəyə 1593 müraciət olub. İnzibati orqanlarının yaratdığı problemlərlə bağlı 10 il ərzində 1284 müraciət olub. 132 məhkəmə prosesində komitə iştirak edib və uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində kömək edib”.
Şöbə müdiri bildirib ki, yetkinlik yaşına çatmayanların ailə qurması halları ilə bölgələrdə tez-tez rastlaşırıq: “Bu problemin həllində Milli Məclisdə qanunların qəbul edilməsi çox böyük dəstəkdir”.
Gülxar
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi