Etik davranış qaydalarını ən çox pozan nazirliklər – SİYAHI
Bizi izləyin

Qırmızı.az

Etik davranış qaydalarını ən çox pozan nazirliklər – SİYAHI

2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarını pozan qurumların siyahısı açıqlanıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Publika.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 321 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə - 141, Dövlət Sosial Müdafiə Fondu üzrə - 70, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə - 34, Təhsil Nazirliyi üzrə - 25, Maliyyə Nazirliyi üzrə - 17, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə - 10, Dövlət Statistika Komitəsi üzrə – 6, Energetika Nazirliyi üzrə – 3, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə - 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə – 3, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə – 2, Nəqliyyat Nazirliyi üzrə - 2, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi üzrə – 2, İqtisadiyyat və Sənaye Nazirliyi üzrə – 1, Milli Televiziya və Radio Şurası üzrə – 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə - 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 321 intizam tənbeh tədbirindən 285-i töhmət, 27-i vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i dövlət qulluğundan azad edilmə olub.

Mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü (vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 41, 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 36, 7-ci (ictimai etimad) maddəsi üzrə 1, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 1, 9-cu (mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 2, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 240 intizam tənbeh tədbiri tətbiq edilib.

Müdafiə Sənayesi Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Tarif (Qiymət) Şurasının Katibliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, Prezidenti yanında Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməyib.

Satınalmalar üzrə Dövlər Agentliyi, Dövlət Dəniz Administrasiyası, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göndərilən cavab məktublarında intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat göstərilməyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm