Ali məktəblərdə “donuz qripi” HƏYƏCANI
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərdə “donuz qripi” HƏYƏCANI

Paytaxtda yerləşən bütün ali məktəblər “donuz qripi”nə görə dezinfeskiya ediləcək. Bu günə qədər isə 2 ali məktəbdə artıq bu işlər aparılıb.

Bu barədə Publika.az-a Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kamalə Cəfərova deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dezinfeksiya işləri aparılıb.

“5 internat məktəbi, 6 lisey,2 kollec, 5 peşə liseyi və Xarici dillər təmayüllü gimnaziyada işlər aparılıb.Bundan sonra, plana əsasən daha 20 ali təhsil müəsisəsində dezinfeksiya işləri aparılacaq.

Ümumilikdə plana əsasən, 14 kollec,7gimnaziya,13 peşə, 13 internat məktəbində, 7 tədris kompleksidezinfeksiya ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm