Bakı Olimpiya Stadionunda toy mərasimləri keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakı Olimpiya Stadionunda toy mərasimləri keçiriləcək

Bakı Olimpiya Stadionunda (BOS) toy şənlikləri də keçirmək mümkün olacaq.

Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib: “Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək.

Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, - deyə saytda elan yazılıb.

68 min oturacaq yeri olan bu stadionda martın 19-da ilk toy mərasimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm