Nardaranlılar işlə təmin olunub - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nardaranlılar işlə təmin olunub - FOTOLAR

Bakının Nardaran qəsəbəsinin sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə qəsəbənin Abşeron küçəsi yenidən qurulur.

Publika.az xəbər verir ki, “Azəryolservis” ASC tərəfindən təmir olunan küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.

Küçənin 2 km-ə yaxın hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Küçənin artıq 1100 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 2500 paqon-metr yeni səki daşı düzülüb. Səkilərin təqribən 4400 kvadrat metr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yolun 1250 metrlik hissəsinə 2 qatolmaqla 15 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kvadrat metr sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və piyada səkilərinin kənarına 4500 paqon-metr səki daşının düzülməsi planlaşdırılır.

Abşeron küçəsini yenidənqurulması işləri çərçivəsində Nəsrulla Əsgərov küçəsi ilə kəsişmədə 10 metr diametrində dairə inşa edilir. Dairənin kənarlarına səki daşları düzülərək, içərisi asfaltlanır.

Yaxın müddət ərzində Nəsrulla Əsgərov küçəsində də yenidən qurma işlərinə başlanılması planlaşdırılır. Aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin mövcud ortalama 6 metr enindən genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

Nardaranda küçələrin yenidınqurulması istiqamətində aparılan təmir-tikinti hesabına onlarla işsiz qəsəbə sakini yeni iş yeri qazanıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm