Valideyn himayəsindən mərhum olmuş uşaqlara şəxsiyyət vəsiqələri verildi
Bizi izləyin

Qırmızı.az

Valideyn himayəsindən mərhum olmuş uşaqlara şəxsiyyət vəsiqələri verildi

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Masazır qəsəbəsində yerləşən hər iki valideyn himayəsindən mərhum olmuş şəxslərə şəxsiyyət vəsiqələri verilib.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hər iki valideyn himayəsindən mərhum olunmuş şəxslərin yaşadıqları Məzun Evində keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 103 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Qeyd edək ki, ölkəmizin bütün bölgələrində şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm