“Pensiyaların artırılmasına 210 milyon sərf olunacaq”
Bizi izləyin

Qırmızı.az

“Pensiyaların artırılmasına 210 milyon sərf olunacaq”

“Təkcə cari ilin yanvar ayında sosial ödənişlərin artırılması sahəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən 20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800 mindən çox şəxsə şamil olunub. Bu sıradan olan əmək pensiyalarının artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq”.

Publika.az xəbər verir ki, bunu Dövlət sosial müdafiə fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 6-da Lerik rayonunda ictimaiyyət nümayəndələri ilə görüşdə bildirib.

Fond sədri əlavə edib ki, ölkəmizdə qurulmuş möhkəm təməlin ifadəsi kimi regionlarda, xüsusilə kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlüyünü daha da artırıb.

“Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi istiqamətində enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim etdiyi həll yollarına diqqət etsək, bir daha aydın olur ki, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan Respublikasının Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən xeyli əvvəl əsas strateji kurs kimi elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir”, - deyə E. Mehdiyev bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm