Azərbaycan Rusiyadan daha 100 yük vaqonu alacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Rusiyadan daha 100 yük vaqonu alacaq

Bu il Rusiyadan Azərbaycana daha 100 yük vaqonu çatdırılacaq. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, bu tədarüklər ötən il Rusiyanın "Uralvaqonzavod" SC ilə bağlanmış müqavilə çərçivəsində həyata keçiriləcək.

N.Əzməmmədov qeyd edib ki, müqaviləyə əsasən, Azərbaycan müxtəlif növ 3100 yük vaqonu alacaq: "Onların arasında sisternlər, yarımvaqonlar, konteynerlərin daşınması üçün platformalar və s. var. 3 min vaqon artıq Azərbaycana çatdırılıb və QSC tərəfindən istifadə edilir. Qalan 100 vaqon isə bu il çatdırılacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm