Azərbaycanda orqan transplantasiyası geniş vüsət alıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda orqan transplantasiyası geniş vüsət alıb

Azərbaycanda böyrək və digər orqanlarının transplantasiyası aparılmış xəstələrin sayı hər il 18-20% artır.

Publika.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hazırda respublikada böyrək və digər orqanların transplantasiyası aparılmış 580-ə yaxın xəstə qeydiyyatdadır. Onların mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına aparılır.

Növbəti illərdə böyrəkköçürmə əməliyyatlarının sayının artacağı proqnozlaşdırılır ki, bu da həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə əlavə maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

Hazırda respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən artıq xəstə hemodializ seansları ilə təmin olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm