Havalar kəskin soyuyacaq
Bizi izləyin

Qırmızı.az

Havalar kəskin soyuyacaq

Fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Temperaturun gecə 0-2 dərəcə isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 8-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm