Azərişıq: “Bəzi abonentlərdə problem yaranıb”
Bizi izləyin

Qırmızı.az

Azərişıq: “Bəzi abonentlərdə problem yaranıb”

Əsən güclü küləyə baxmayaraq hazırda Bakıda və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur. Özünə ev inşa edib, fərdi qaydada elektrik xətti çəkən abonentlərimizdə problem yaranmışdı. Onlar da 199 saylı “qaynar xətt”ə zəng vuraraq məlumat veriblər.

Bunu APA-ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, daxil olan zənglərə operativ reaksiya verilib: "Bizim hər yerdə növbətçi texniki işçilərimiz var. Bu bizə imkan verir ki, nəinki Bakıda hətta rayonlarda yaranan problemlərə anında və çevik müdaxilə edək".

T. Mustafayev abonentlərdən xahiş edib ki, elektrik enerjisinin verilişi ilə bağlı yaranan bütün problemlərə görə, 199 saylı “qaynar xətt”ə zəng vuraraq məlumat versinlər.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın müxtəlif rayon və qəsəbələrində işıq verilişində məhdudiyyət yaranması barədə məlumatlar yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm