Qırmızı.az
Xarici şirkətlər tibb sektoruna sərmayə qoymaq istəyir
Xarici şirkətlər Azərbaycanda tibbi avadanlıqların istehsalına sərmayə qoyuluşunda maraqlıdır. Bunu Trend-ə "Turkish-American Medical Centre" klinikasının baş direktoru, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü Ramiz Əliyev deyib.
O bildirib: "Biz tez-tez müxtəlif biznes-forumlarda iştirak
edirik və onu qeyd etmək istəyirəm ki, xarici şirkətlər
Azərbaycanda tibbi avadanlıqların istehsalına sərmayə qoyuluşunda
maraqlıdır. Sonuncu dəfə biz Sudiyə Ərəbistanının, ondan öncə isə
Polşa və Hindistanın təmsilçiləri ilə görüşmüdük. Bu ölkələrdə
Azərbaycana sərmayə qoymağı düşünən bir sıra məşhur klinikalar
var".
Onun sözlərinə görə, xarici klinikalar və şirkətlərlə əməkdaşlığı
müxtəlif sahələrdə həyata keçirmək olar: "Əməkdaşlıq həm
avadanlıqların alınması, həm də birgə müəssisələrin yaradılmasında
əksini tapa bilər".
"Turkish-American Medical Centre" Azərbaycanda fəaliyyət göstərən ilk özəl klinikalardan biridir və ölkədə təxminən 20 ildir fəaliyyət göstərir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!