11 mindən artıq əczaçı imtahan verib
Bizi izləyin

Qırmızı.az

11 mindən artıq əczaçı imtahan verib

Ötən il praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan 11607 nəfər sertifikasiya imtahanlarından keçib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ötən il sertifikasiya imtahanlarından 85 nəfər ali təhsilli əczaçı olmaqla, 3638 nəfər ali təhsilli mütəxəssis keçib. Həmçinin, 2015-ci il ərzində sertifikasiya imtahanlarından praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan 7969 nəfər orta təhsilli şəxs keçib. Onlardan 26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olanlardır.

Test imtahanlarında iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir.

Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm