Vergilər Nazirliyində yeni kadr dəyişiklikləri
Bizi izləyin

Qırmızı.az

Vergilər Nazirliyində yeni kadr dəyişiklikləri

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Publika.az xəbər verir ki, nazir Fazil Məmmədovun müvafiq əmri ilə vergi xidməti müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi Borclarının Alınması və Ərazi Vergi Orqanları ilə İş Üzrə Baş İdarəyə rəis təyin edilib.

Bundan başqa, nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-Təsərrüfat İdarəsi, İnsan Resursları İdarəsi və Mühasibat Uçotu Şöbəsinə , büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov isə həm də Vergi Borclarının Alınması və Ərazi Vergi Orqanları ilə İş Üzrə Baş İdarənin fəaliyyətinə nəzarət edəcək.

Sahib Ələkbərova isə Nazirlik Aparatı, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsi və Analitik-İnformasiya Şöbəsi tapşırılıb.

Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi həvalə olunub.

Vergilər nazirinin digər əmrinə əsasən, Daxili Təhlükəsizlik Baş İdarəsi və İnformasiya Texnologiyaları və Proqram Təminatı Şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm