Ölkəyə yeni ikimərtəbəli qatarlar gətiriləcək
Bizi izləyin

Qırmızı.az

Ölkəyə yeni ikimərtəbəli qatarlar gətiriləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Stadler Minsk” zavodundan KİSS markalı ikimərtəbəli daha iki qatar alıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla bağlı tərəflər arasında ötən il imzalanan sazişdə qeyd olunub.

Belə ki, 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb, onlardan 3-ü ötən il ölkəyə gətirilib.

Məlumatda bildirilir ki, ötən il mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, artıq bu günə kimi ölkəyə 3030 yeni yük vaqonu gətirilib. Qalan 70 vaqonun da yaxın bir ay ərzində gətirilməsi nəzərdə tutulur.

Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb. Qazaxıstandan 10 ədəd teplovozun alınması da gündəmdədir. Artıq teplovozlardan beşi ölkəmizə gətirilib. Bu günlərdə yük daşımalarında istifadə olunacaq, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib.

Dövlət Proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm