Doğum evinin xəstələrdən qəribə tələbi - ZAQATALADA - FOTO
Bizi izləyin

Qırmızı.az

Doğum evinin xəstələrdən qəribə tələbi - ZAQATALADA - FOTO

Zaqatalada doğum evinin giriş hissəsində yerləşdirilən elan hər kəsin təəccübünə səbəb olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi ləvazimatları özləri ilə gətirməyin vacib olduğu bildirilir. Xəstələrə özünü tibb işçisi kimi təqdim edən xanım məlumatın baş həkimin tapşırığı əsasında divara vurulduğunu deyir: “Əlbəttə, baş həkim deyib, o deməsə, bunu vurmağa kimin ixtiyarı var?”

Tibb işçisinin bu lövhənin vurulmasına baxmayaraq, xəstəxanada təchizatın yüksək səviyyədə olduğunu söyləməsi isə orada olan xəstələrin narazılığına səbəb olub.


“Niyə elə deyirsiz? Nəinki iynə-dərman, hətta döşəkağı, yastığa qədər özümüz gətirmişik. Siz bizə dediniz heç nəyimiz yoxdur, hər şeyi özünüzlə gətirin, biz də gətirdik”, - deyə xəstələrdən biri öz etirazını bildirib.

“Mən əməliyyat yolu ilə uşaq dünyaya gətirdim. Hər şeyi, narkozu da yoldaşıma aldırdılar”, – deyən digər xəstə Arzu Abdullayeva bildirib.

Qeyd olunanlarla bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsa da, baş həkim ANS əməkdaşına məlumat verməkdən imtina edib. Sualları cavablandıran doğum şöbəsinin müdiri iynə-dərman təchizatının yüksək səviyyədə olduğunu bildirib.

ANS əməkdaşlarının çəkiliş aparmasından az sonra həmin elan vurulduğu yerdən götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm