Vüqar Bayramovu zəhərləyin: ölüm təhdidi
Bizi izləyin

Qırmızı.az

Vüqar Bayramovu zəhərləyin: ölüm təhdidi

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) Mətbuat Xidmətinin məlumatına görə, dünyanın aparıcı beyin mərkəzlərindən biri kimi son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən sonra Mərkəzin fəaliyyətinə bir sıra radikal qrupların “diqqəti” daha da artıb.

Qurumun mətbuat xidmətindən Publika.az-a daxil olan məlumata görə, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-i yəhudilərin yaratdığı mərkəz adlandıraraq onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib.

Son hesabatında “Pleskov Qrupu” yazır: “CESD-in sədri - Vaşinqton Universitetinin məzunu, Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin”.

Daha sonra CESD haqqında məlumat verilir.

CESD isə bəyan edir ki, regionun ən güclü beyin mərkəzi olmaları heç bir başqa millətlərlə bağlılıq deyil, tədqiqatlarının keyfiyyətinin nəticəsidir: “Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin və regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimiz anti-rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir. Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı, Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələrlə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhərləmək isə, düşünürük ki, yalnız radikalların ağlına gələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm