Moskvadan Bakıya cəmi 69 avroya - AKSİYA
Bizi izləyin

Qırmızı.az

Moskvadan Bakıya cəmi 69 avroya - AKSİYA

“Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.

AZAL-dan Publika.az-a verilən məlumata görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm